Çexiya ABŞ-dən 24 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb

29 Yanvar 2024 16:46 (UTC+04:00)

Çexiyanın müdafiə naziri Jana Cernoçova ABŞ səfiri Bijan Sabet ilə 24 ədəd beşinci nəsil F-35 Lightning II döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Bu barədə "CTK" agentliyi məlumat verib .

“Çexiya ordu üçün 24 ədəd beşinci nəsil F-35 təyyarəsi alacaq. Amerika istehsalçısı Lokhid Martin qırıcılar üçün 150 milyard kron ödəyəcək ki, bu da Çexiya ordusunun ən bahalı alışıdır”, - nəşr yazır.

Agentlik qeyd edib ki, təyyarənin alınması 2023-cü ilin sentyabr ayının sonunda hökumət tərəfindən təsdiqlənib. Amerika F-35-ləri Çexiyanın ildə 1,7 milyard kron (74 milyon dollar) qarşılığında icarəyə götürdüyü İsveç "JAS-39 Gripen" qırıcılarını əvəz etməli olacaq.

Mövsüm

Aznews.az