ABŞ-ın Moskvadakı səfiri Rusiyadan üzr istədi

7 Avqust 2013 17:59 (UTC+04:00)
Ukraynanın Odesa şəhərində Amerikanın məşhur "Bloodhound Gang" rep-rok qrupunun çıxışı tədbir təşkilatçıları tərəfindən dayandırılıb.

Səhnədə çıxış edən "Bloodhound Gang" qrupnun solisti tamaşaçıların gözü qarşısında Rusiya bayrağını təhqir edərək, "Bunu Putinə deməyin" deyə qışqırıb. Qrupun bu davranışı sonda beynəlxalq bir qalmaqala yol açıb.

Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkacev olayla bağlı "Bloodhound Gang" rep-rok qrupunun Rusiyaya girişinin qadağan edilməsi ilə əlaqədar olaraq xüsusi göstəriş verib.

Eyni zamanda "Bloodhound Gang" qrupun Rusiyanın Krasnodar şəhərində nəzərtə tutulan konserti də ləğv edilib.

ABŞ-ın Moskvadakı səfiri isə olayla bağlı rəsmi olaraq Rusiyadan üzr istəyərək, musiqiçilərin bu hərəkətini utanc verici olduğunu söyləyib./anspress/

AzNews.az