“Azad edilmiş ərazilərdə prezident seçkilərinin keçirilməsi bizi çox qürurlandırır” - Vətən Müharibəsi Qəhrəmanı

30 Yanvar 2024 15:36 (UTC+04:00)

“Qalib ölkə olaraq bütün ərazilərimizdə ilk dəfə prezident seçkilərinin keçirilməsi bizi çox qürurlandırır”.

Bunu secki-2024.az saytına açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə deyib.

O xatırladıb ki, işğaldan azad edilmiş ərazilərdə artıq keçmiş məcburi köçkünlər yaşayır və onlar ilk dəfə olaraq öz doğma torpaqlarında səs verəcəklər: “Bu, bizim üçün çox qürurverici hadisədir. İllər əvvəl biz o torpaqlara gedə bilmirdik, amma indi həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağı dalğalanır, ilk dəfə prezident seçkiləri keçirilir. Bu, bizim üçün çox sevindirici haldır. O torpaqlar uğrunda canından keçən əziz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz sayəsində biz bu qürurlu günləri yaşayırıq. İndi şəhidlərimizin də ruhu şaddır ki, onların azadlığı uğrunda canlarından keçdiyi torpaqlar azaddır”.