ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə səfərdədir

31 Yanvar 2024 15:59 (UTC+04:00)

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Kiyevə səfərə gəlib.

Bu barədə Amerikanın Ukraynadakı səfiri Bridcet Brink bildirib .

“Ukraynaya xoş gəlmisiniz, Viktoriya Nuland”, – səfir X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Brink onu da qeyd edib ki, bu gün o və Nuland Ukrayna hökumətinin rəhbərləri, veteranlar və ictimaiyyətlə görüşəcəklər.

Diplomat əlavə edib ki, səfər Ukraynanın Rusiya ilə münaqişədə qələbəsinə “ortaq öhdəliyi” nümayiş etdirəcək.

Mövsüm

Aznews.az