Moskva Aİ-dəki aktivlərinin müsadirəsini ticarət müharibəsi aktı kimi qiymətləndirəcək

31 Yanvar 2024 16:05 (UTC+04:00)

Rusiya Avropa İttifaqı tərəfindən öz aktivlərinin müsadirə edilməsini ticarət müharibəsi aktı kimi qiymətləndirəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, Moskvanın bu məsələdə mövqeyi dəyişməzdir.

“Biz bu cür hərəkətləri təkcə bayağı oğurluq kimi deyil, həm də hərfi mənada ticarət müharibəsi, Qərbin ölkəmizə qarşı iqtisadi təcavüzünün genişlənməsi kimi qiymətləndiririk”, - XİN-in sözçüsü vurğulayıb.

Mövsüm

Aznews.az