MSK sədri: Veb-kameralar ölkə üzrə məntəqələrin 17 faizini əhatə edir

31 Yanvar 2024 18:10 (UTC+04:00)

Hazırda veb-kameralar ölkə üzrə məntəqələrin 17 faizini əhatə edir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, əvvəllər 5000 məntəqədən 1000-də, yəni 20 faizində veb-kamera olub:

“Yenə 1000 məntəqədə veb-kamera var. Sadəcə məntəqələrin sayı artdığı üçün məntəqələrin 17 faizi əhatə edir. Məntəqələrdə veb-kameralar Azərbaycan təcrübəsidir”.