“2024-cü il Azərbaycan xalqı üçün ən önəmli illərdən birinə çevrilmək üzrədir. Çünki xalqımız Azərbaycanın müstəqillik tarixinin yeni şanlı səhifələrindən birinə imza atmaq üzrədir. Uzun illər sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində prezident seçkilərinin keçirilməsi böyük bir tarixi hadisədir”.
Bu fikirləri secki-2024.az saytına açıqlamasında Şotlandiyada yerləşən Aberdin Azərbaycan Cəmiyyətinin rəhbəri İbrahim Xasıyev deyib.
O xatırladıb ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi və Azərbaycan regionda yeni bir reallıq yaratdı, yeni bir dövrün başlanğıcını qoydu.
“Bu baxımdan fevralın 7-də keçiriləcək prezident seçkilərinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu gün Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və bu mərhələdə ölkəmiz qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, insanlarımızın öz doğma torpaqlarına geri qaytarılması, yeni iqtisadi layihələrin reallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi önəmli məsələlərdir. Bu baxımdan prezident seçkilərinin keçirilməsi yeni vəzifələrin daha sürətlə həyata keçirilməsinə imkan verəcəyinə inanıram”, - deyə diaspora rəhbəri fikrini bildirib.
O, bütün Azərbaycan xalqını seçkilərdə aktiv iştirak etməyə çağırıb.