“Prezident seçkilərində fəal iştirak etmək hər birimizin borcudur. Çox xoşbəxtəm ki, fevralın 7-də uzun illər həsrəti ilə yaşadığım Laçında səs verəcəm. Bu, biz laçınlılar üçün ən yaddaqalan tarix olacaq”.
Bu fikirləri secki-2024.az saytına açıqlamasında Laçın şəhər sakini, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad (Nəsirova) deyib.
QHT sədri həmçinin bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2023-cü il iyul ayının 18-dən öz doğma ata-baba yurdunda daimi məskunlaşıb: “Laçına qayıtmaq, burada yaşayıb fəaliyyət göstərmək ən böyük arzum idi. Şükür, xəyallarım gerçək oldu. Fevral ayının 7-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün Laçında hər çür şərait yaradılıb. Mən də böyük qürur hissi ilə Laçın şəhər 2 nömrəli orta məktəbin binasında yerləşən 105 saylı seçki məntəqəsində öz namizədimə səs verəcəyəm. Bütün laçınlılar bu tarixi hadisənin iştirakçısı olmaq üçün səbirsizliklə seçki gününü gözləyirlər”.