Gürcüstanda baş nazirlik postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb

1 Fevral 2024 16:41 (UTC+04:00)

Yanvarın 29-da istefa vermiş İrakli Qaribaşvilinin yerinə Gürcüstanda yeni baş nazirliyə keçmiş parlament sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

Gürcü Arzusu Partiyasının 8-ci qurultayında qəbul edilən qərarla Kobaxidzenin baş nazirliyə namizəd olduğu açıqlanıb.

Kobaxidze bəyan edib ki, hökumətin məqsədi ölkənin ərazi bütövlüyünü təmin etmək və xalqın həyat səviyyəsini yüksəltməkdir.

Mövsüm

Aznews.az