Estoniya Rusiya ilə sərhəd-keçid məntəqəsini 2025-ci ilin sonuna qədər bağlayıb

1 Fevral 2024 17:48 (UTC+04:00)

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva sərhəd-keçid məntəqəsini 2025-ci ilin sonuna qədər daşımaq üçün bağlayıb.

Estoniyanın "ERR" teleradio şirkətinin verdiyi məlumata görə , bu, Rusiya Federasiyasının öz hissəsi üçün İvanqorod beynəlxalq avtomobil keçid məntəqəsinin yenidən qurulması üzrə işlərə başlamaq qərarı ilə bağlıdır.

“Estoniya Narva körpüsündə nəqliyyatın hərəkətini dayandırıb. İvanqorod sərhəd-keçid məntəqəsində yenidənqurma işləri ən azı gələn ilin sonuna qədər davam edəcək”, - materialda deyilir.

Mövsüm

Aznews.az