Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır

2 Fevral 2024 11:07 (UTC+04:00)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi bu gün başa çatır. Secki-2024.az saytı xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.