ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda da "exit-poll" keçirəcək

2 Fevral 2024 16:31 (UTC+04:00)

“Bu gün burada olmaq böyük sevincdir”.

Aznews.az xəbər verir ki, bunu növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Vlada Qalan Şuşada keçirilən mətbuat konfransında deyib.

O, artıq Azərbaycanda beşinci seçkilərdə iştirak etdiklərini diqqətə çatdırıb: “Hazırda Azərbaycanda beş nəfərdən ibarət təcrübəli işçilərimiz var, onlar Azərbaycandan olan əməkdaşları da təlimatlandırıblar. Azərbaycanda seçki öncəsi sorğu aparmışıq. Bu da ümumi seçici sayının təxminən iki faizi deməkdir. Biz “exit-poll”u bütün ölkədə keçirəcəyik, bura Qarabağ regionu da daxildir”.