N!DA-çılar ev dustaqlığına buraxılmadı

7 Avqust 2013 14:30 (UTC+04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Üzeyir Məmmədli və Rəşad Həsənovun vəsatətlərinə baxılıb.

AzNews.az-a hərəkatdan daxil olan məlumata görə, Nəsimi rayon Məhkəməsinin gənclərin ev həbsinə buraxılmaması ilə bağlı qərarından verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmayıb. Qeyd edək ki, gənclər qanunsuz odlu silah saxlamaqda ittiham olunurlar.

Anar
AzNews.az