Şəmkirdə 27 yaşlı şəxs güllə xəsarəti alıb

3 Fevral 2024 09:44 (UTC+04:00)

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.

Aznews.az xəbər verir ki, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.