Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

4 Fevral 2024 11:34 (UTC+04:00)

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenləri məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

Secki-2024.az saytı xəbər verir ki, Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Xatırladaq ki, fevralın 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.