15 min azərbaycanlı Türkiyədə vətəndaşlıq alıb - VİDEO

7 Avqust 2013 15:01 (UTC+04:00)
Son 10 ildə 15 min azərbaycanlı Türkiyədə vətəndaşlıq alıb. Bu haqda Türkiyənin daxili işlər naziri Muammer Güler məlumat verib.

Anspress-in məlumatına görə, onun açıqladığı məlumatlardan çıxış edərərk deyə bilərik ki, bu göstərici ilə Azərbaycan 44 min vətəndaşı Türkiyə pasportu alan Bolqarıstandan sonra ikinci yeri tutur.

Azərbaycanlıların əksəriyyətdə bu ölkənin vətəndaşları ilə ailə həyatı qurduqdan sonra Türkiyə vətəndaşlığı qəbul edirlər. Amma burada təhsil almaq və ya işləmək üçün gələrək, sonradan buranı özlərinə ikinci Vətən seçən soydaşlarımız da az deyil.

Türkiyədə biznes quran, idman, elm, sənət, texnologiya, mədəniyyət sahəsində Türkiyə dövləti üçün faydası olan və ya olacağı düşünülən insana türk vətəndaşlığı verilir. Ancaq Türk vətəndaşlığı almaq istəyən insanlar vətəndaşlıq üçün müraciət etdikdən sonra 5 il ərzində Türkiyədə yaşamalıdırlar.



AzNews.az