Paytaxt polisindən görünməmiş “REYD” - Fotolar

7 Avqust 2013 15:10 (UTC+04:00)
Həyətlərdəki avtomobillər cərimə meydançasına aparılır Bakının mərkəzində, Füzuli 49 ünvanında polis "təmizləmə əməliyyatı" apararaq həyətdə dayanan maşınları cərimə meydançasına aparır.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı minval.az saytına həmin ünvanda yaşayan sakinlər verib. Sakinlər bildiriblər ki, "təmizləmə əməliyyatı" bu gün səhər saatlarında başlayıb. Post-patrul xidməti və yol polisi əməkdaşları bəzi maşınları aparıb, digərlərinin isə nömrə nişanlarını söküb.

Yol polisi əməkdaşları bunun şəhəri qanunsuz dayanacaqlardan təmizləmə proqramı çərçivəsində həyata keçirildiyini bildirib. Sakinlərin sözlərinə görə, onlardan maşınlarının yaxınlıqdakı Qış Bulvarındakı dayanacağa qoymaq tələb edilir. Bunun üçün isə gündə 3 manat ödəmək tələb olunur. Maşın sahibləri məsələ ilə əlaqədar polisə müraciət etsələr də, hadisə yerinə heç kəs gəlməyib.

AzNews.az