Günəş enerjisi ilə işləyən noutbuklar satışa çıxarıldı
7 Avqust 2013 19:35 (UTC+04:00)
Bakıda Günəş enerjisinin elektrik enerjisinə çevrilməsi hesabına işləyəcək noutbuklar hazırlanıb.
AzNews.az İCTnews.az-a istinadən xəbər verir ki, "WeWi Telecommunications" şirkəti bu yeniliyə "Sol" noutbukuna bir neçə günəş paneli inteqrasiya etməklə nail olub.
Günorta saatlarında günəş panelləri vasitəsi ilə əldə edilən enerji aparatın işləməsi üçün kifayət olsa da, gecə akkumulyator işlətmək lazımdır. Günəş paneli ilə təchiz edilmiş akkumulyatorun enerji ilə yüklənməsi üçün təxminən 2 saat vaxt lazımdır, akkumulyatorun avtonom iş müddəti isə 8-10 saat təşkil edir. "Sol" noutbuku 1366x768 nöqtə təsvir ölçülü 13,3 düymlük ekran, 1.86 QHs takt tezlikli ikinüvəli "Intel Atom D2500" prosessoru, 2 və ya 4 QB əməli yaddaş və 320 QB tutumunda sərt disklə təchiz edilib. Sözügedən aparat, həmçinin 3 meqapiksellik veb-kamera, "SD/MS/MMC" kard-rideri, "Ethernet" şəbəkə portu, "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə modulları ilə təchiz edilib.
Bundan başqa, "3G/4G/LTE" şəbəkələrini dəstəkləyən modem, "GPS" modulu, üç "USB 2.0" portu, iki dinamik, mikrofon, "HDMI" videoçıxışı var. "Ubuntu" əməliyyat sistemi quraşdırılıb. Tezliklə "Sol" noutbukunun satışlarına başlanılacaq. Onun qiymətinin 350 və ya 400 dollar təşkil edəcəyi bildirilir.
AzNews.az