XİN: "Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır"

5 Fevral 2024 18:45 (UTC+04:00)

Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.

"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb", - nazirlikdən bildirilib.

Xatırladaq ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.