Bakıda məktəbli qız itkin düşdü

7 Avqust 2013 15:41 (UTC+04:00)
Bakının Yasamal rayonunda məktəbli qız yoxa çıxıb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Qızıl Şərq küçəsində yaşayan 16 yaşlı Günel Zalıyeva iki gün əvvəl evdən çıxıb. O vaxtdan bəri qızı görən olmayıb.

Orta məktəbin 11-ci sinif şagirdi olan G.Zalıyevanın ailə üzvləri qızın tapılması üçün polisi məlumatlandırıblar. Hazırda axtarışlar davam etdirilir./milli.az/

AzNews.az