Böyük Britaniya kralına xərçəng diaqnozu qoyulub

5 Fevral 2024 22:33 (UTC+04:00)

Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozu qoyulub.

Aznews.az xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Qeyd olunub ki, o müalicə aldığından bəzi vəzifə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Britaniya kralı III Çarlz keçən həftə prostat vəzi əməliyyatından sonra xəstəxanadan evə buraxılmışdı .