REAL Hərəkatına aksiya üçün yer verilmədi

7 Avqust 2013 15:45 (UTC+04:00)

Respublikaçı Alternativ Hərəkatının avqustun 10-da aksiya keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə cavab verilib.

Hərəkatdan AzNews.az-a il olan məlumata görə, İcra Hakimiyyəti aksiya müraciətini rədd edib. BŞİH-dən hərəkata göndərilən məktubda qeyd edilib ki, onlar aksiya üçün tələb etdikləri yerləri barədə məlumatları aydın yazmayıblar.

BŞİH hərəkata təklif edib ki, aksiyalarını 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində keçirsinlər. Qeyd edək ki, REAL Hərəkatı avqustun 2-də BŞİH-ə aksiya keçirilməsinə yer ayrılması üçün məktubla müraciət etmişdi. Hərəkat avqustun 10-da saat 17-dən 19-dək aksiya keçirməyi planlayırdı. Hərəkat üzvləri sədrləri İlqar Məmmədovun həbsinin 6 ayının tamam olmamasına etiraz əlaməti olaraq aksiya keçirmək niyyətində idilər.

Anar
AzNews.az