MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq

6 Fevral 2024 15:08 (UTC+04:00)

Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sabah saat 07:30-dan bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Veb-kameralar vasitəsilə 1000 məntəqədə MSK saytından da müşahidə aparmaq olar. Dünyanın istənilən nöqtəsindən bunu etmək imkanı yaradılıb. Bütün addımlar atılıb ki, şəffaflıq baxımından bütün imkanlardan istifadə edilsin. Veb-kamera təcrübəsi Azərbaycana aiddir”.