Dünya turuna çıxan səyyahımız xəstələnib

7 Avqust 2013 16:01 (UTC+04:00)


Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadovun Çitadadır. Velosipedçi səyyah AzNews.az-a bildirib ki, bu gün o, "Rusiya-1" kanalına açıqlama verib:

"Kanal mənim bu səyahətim haqqında maraqlandı. Missiyam haqqında - Azərbaycan və onun Qarabağ düyününün tanınması, dünyanın məlumatlanması məqsədi ilə yola çıxdığımı söylədim. Bu məqsədlə 14 min kilometr məsafəni qət etməyi öz missiyam hesab etdiyimi dedim. Bu məqsəd uğrunda hər bir çətinliyə sinə gərməyə hazır olduğumu vurğuladım. Bildirdim ki, qalan 4000 kilometri də eyni əzmlə davam edəcəm". R.Ziyadov şəhərdəki Azərbaycan diasporunun onunla maraqlandığını, səyahətinin şəhərdə təbliğ olunmasında ona yardım etdiklərini vurğulayıb: "Azərbaycan diasporu fəallıq nümayiş etdirdi.

Yerli mətbuatın diqqətinin cəlb etməyimizdə Diasporun sədri Ələddin Məmmədov xüsusilə canfəşanlıq göstərdi". R.Ziyadov səhhətində yaranan problemlə əlaqədar da burada müalicə almaq imkanının yarandığını, yeni və daha sağlam ovqatla yoluna davam edəcəyini vurğulayıb.

Ruhiyyə
AzNews.az