Sumqayıtda səsverməyə start verilib

7 Fevral 2024 08:52 (UTC+04:00)

Sumqayıt şəhərində səhər saat 8:00-dan etibarən növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.

Aznews.az xəbər verir ki, əhali səsvermədə aktiv iştirak edir.

Bildirək ki, Sumqayıt şəhərində 6 dairə üzrə 162 məntəqə var. Seçici sayı isə 309 632 nəfərdir. Onlardan 4 130 nəfəri ilk dəfə səs verənlər, 1 178 nəfəri isə 18 yaşı bu il tamam olanlardır.

Məntəqələr lazımi avadanlıqlarla tam təmin edilib.