Gəncə sakini 161 490 manata sahib oldu

7 Avqust 2013 16:21 (UTC+04:00)
Gəncə şəhər sakini Əliyev Sahib Adiloğlu Azərbaycan lotereya oyunları tarixində udulan ən böyük məbləği qazanıb.

İqtisadi İnkişaf Nazirliyijndən Modern.az-a verilən məlumata görə, lotereyada udulan 161 490 məbləğində rekord uduş öz sahibinə təqdim edilib.

Belə ki, bu məbləğ "Azərlotereya" ASC tərəfindən təşkil edilən "5/36" lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində "Cek Pot" Gəncə şəhər sakini Əliyev Sahib Adil oğluna təqdim edilib.
"6/40" lotereyasında isə "Cek Pot"un uduş məbləği 300 000 manat həddinə çatıb.

AzNews.az