"İndiyədək 200-ə yaxın seçici səs verib. Aktivlik çox yüksək səviyyədədir".
Bunu "Report"a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev deyib.
O bildirib ki, yerli və xarici müşahidəçilər səsvermə prosesini izləyirlər:
"Müşahidəçilərin ümumi təəssüratı yaxşıdır. Onlar bizə prosesin şəffaf aparıldığını söyləyirlər. Mütəmadi növbə dəyişilir, müşahidəçilər gedib-gəlirlər. İndiyədək heç bir qanun pozuntusu və ya neqativ hal qeydə alınmayıb".