Məntəqə sədri: "Sabunçuda seçici aktivliyi olduqca yüksəkdir"

7 Fevral 2024 10:48 (UTC+04:00)

Növbədənkənar prezident seçkilərində seçici aktivliyi olduqca yüksəkdir.

Bunu "Report"a açıqlamasında 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsinin sədri Fərqanə Abbasova deyib.

Sədri olduğu məntəqə üzrə seçici siyahısında 1 443 nəfərin adının olduğunu bildirən F.Abbasova qeyd edib ki, artıq 500-ə yaxın şəxs səsvermə hüququndan istifadə edib.

Onun sözlərinə görə, indiyə qədər səsvermə ilə bağlı heç bir neqativ hal qeydə alınmayıb: "İnsanlar yüksək əhvali-ruhiyyə ilə seçki prosesində iştirak edir. Proses tam şəffaf şəraitdə davam edir".