Məntəqə sədri: “Laçında seçicilər bayram əhval-ruhiyyəsindədir”

7 Fevral 2024 11:34 (UTC+04:00)

“Laçın şəhərində ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur. İnsanlar bayram əhval-ruhiyyəsindədir. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlir”.

Bunu secki-2024.az saytına açıqlamasında 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsənin sədri Şəbnəm Uğurlu bildirib.

O vurğulayıb ki, seçicilər səhər saat 8-dən əvvəl, hələ səsvermə başlamazdan əvvəl məntəqənin qarşısında toplaşıblar: “Məntəqəmizdə seçicilərin azad, sərbəst, demokratik şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İnsanlar kütləvi şəkildə böyük qürur ilə seçkidə iştirak edib öz namizədlərinə səs verirlər”.