Həyatımda ilk dəfə prezident seçkilərində iştirak etdim. Həm seçkilərdə ilk dəfə iştirak etməyim, həm də Azərbaycanın bütün suveren ərazilərində seçkilərin keçirilməsi mənim üçün unudulmaz oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında gənc seçici Fatimə Zülfüqarlı söyləyib. O, həmyaşıdlarının səsverməyə gəldiyini görməyin çox fərqli hiss olduğunu bildirib.
“Ulu Öndərimizin qeyd etdiyi kimi, gənclər bizim gələcəyimizdir. Əgər gələcəyimizi qurmaq istəyiriksə, doğru seçimlər etməliyik”, - deyə Fatimə Zülfüqarlı fikrini yekunlaşdırıb.