Səudiyyə Ərəbistanda ay göründü; sabah bayramdır

7 Avqust 2013 21:30 (UTC+04:00)
Səudiyyə Ərəbistanında Hicri tarixi ilə Şəvval ayı hilalının görüldüyü bildirilir.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verilir ki, rəsmi xəbər agentliyi "Spa" sabah Ramazan bayramının qeyd ediləcəyini yazır.

Səudiyyə Ərəbistanının Kralı və vəliəhdləri xalqı bayram münasibətilə təbrik edib, həmçinin sabah ölkədə konsert keçiriləcəyi, atəşfəşanlıq olacağı elan edilib.

AzNews.az