Əhalinin seçkilərdə iştirakı çox yüksək səviyyədədir. İnsanlar seçkidə çox fəal şəkildə iştirak etdilər.
Bu sözləri açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsinin katibi Rauf Məmmədov deyib.
Məntəqə üzrə seçici sayı 1445 nəfər olduğunu qeyd edən katib məntəqəyə gələ bilməyən vətəndaşların da seçki hüquqlarının tam təmin edildiyini diqqətə çatdırıb. Deyib ki, onlar müşahidəçilərin və məntəqə üzvlərinin iştirakı ilə evlərində səs veriblər.