TÜRKPA nümayəndəsi: Azərbaycanda demokratik şəraitdə keçirilən seçkiləri müşahidə etdik

7 Fevral 2024 19:34 (UTC+04:00)

“Can Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün heyətimizlə bərabər 4-5 günlük səfərə gəlmişik. Seçkilərdən öncə də bəzi müşahidələrimiz oldu. Qarabağ Zəfərindən sonra bütöv Azərbaycan olaraq seçkilərin keçirilməsinin qürurunu yaşayırıq. Bizim üçün də böyük məna kəsb edən bir seçki olduğunu deyə bilərik”.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında prezident seçkilərinin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi Mahmut Ridvan Nazirli deyib.

"İqtidar və müxalifət partiyalarından olan millət vəkillərimizlə birlikdə müşahidələrimizi bitirib sabah axşam ölkəmizə geri dönəcəyik. Buradakı müşahidələrimizi ölkəmizdəki millət vəkilləri ilə paylaşacağıq. Seçkilərin bütün Azərbaycana və Türk dünyasına xeyirli olmasını diləyirəm. Burada olmaqdan çox məmnun olduq. Həqiqətən də Azərbaycanda demokratik şəraitdə keçirilən seçkiləri müşahidə etdik", - deyə TÜRKPA nümayəndəsi fikirlərinə yekun vurub.