QDİƏT PA missiyası seçkilərin monitorinqi zamanı heç bir qanun pozuntusu qeydə almayıb

7 Fevral 2024 20:52 (UTC+04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqi zamanı hər hansı qanun pozuntusu və ya problem qeydə almayıb.

Bunu QDİƏT PA-nın müşahidə missiyasının üzvü, Yunanıstan parlamentinin üzvü Konstantinos Vlasis deyib.

Onun sözlərinə görə, səsvermə prosesi bütün qaydalara uyğun təşkil olunub: “Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edib. İnsanların seçkilərdə iştirak etmək istəyi aydın şəkildə görünürdü”.