Şuşa şəhərində yürüş keçirilir - VİDEO/FOTO

7 Fevral 2024 20:53 (UTC+04:00)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.

Avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.