Bakı- Qazax yolunda avtoqəza; yaralılar var

8 Avqust 2013 08:00 (UTC+04:00)
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində "VAZ" və "Volkswagen" markalı iki minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Volkswagen" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzNews.az