Aİ Türkiyəyə 400 milyon avroluq yardım haqqında saziş imzalayıb

8 Fevral 2024 12:15 (UTC+04:00)

Avropa Birliyi Türkiyədəki zəlzələ fəlakəti üçün Beynəlxalq Donorlar Konfransında toplanan 1 milyard avroluq dəstəyin 400 milyonu üçün dünən Brüsseldə saziş imzalandığını açıqlayıb.

Bildirilib ki, yardım səhiyyə, təhsil, su və tullantı sularının idarə edilməsi sahələrində infrastrukturun təmiri, müvəqqəti sığınacaqların verilməsi və mədəni irsin qorunması üçün istifadə olunacaq.

Yardım bir hissədə ödəniləcək və Türkiyənin bu vəsaiti 18 ay ərzində istifadə edəcəyi gözlənilir.

Mövsüm

Aznews.az