Rüstəmov qardaşlarından yeni meyxana

8 Avqust 2013 10:32 (UTC+04:00)
Meyxanaçı İntiqam və Etibar Rüstəmov qardaşları "Tı kto takoy, davay dosvidaniya" meyxanasının 3-cü versiyasını hazırlayıblar.


Bu barədə Lent.az-a E.Rüstəmov məlumat verib: "Fərqli janrda "Tı kto takoy, davay dosvidaniya-3" meyxanasını ərsəyə gətirdik. Meyxananın bundan öncəki 1 və 2 "Tı kto takoy, davay dosvidaniya" meyxanası ilə janr və üslub baxımından fərqliliyi var. Tam hazır olduqdan sonra dinləyicilərin ixtiyarına veriləcək. İnanırıq ki, onlar da bəyənəcəklər.

Yaradıcılıqla bağlı işlərimiz bununla bitmir. Bir neçə meyxanalarda ərsəyə gətirmişik. Hal-hazırda da "Azərbaycan əsgəri" adlı meyxanamızın klip çəkilişlərinə başlamışıq. İstirahət etmədən, yeni mövsümə hazırlaşırıq".


AzNews.az