Şarl Mişel İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

8 Fevral 2024 17:57 (UTC+04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Bunu Ş.Mişel "X" hesabında yazıb:

“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”.

O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Ermənistan-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub.

“Ermənistan-Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.