23 yaşlı oğlan xalasının ərini qətlə yetirdi

8 Avqust 2013 11:43 (UTC+04:00)
Bakıda 23 yaşlı oğlan xalasının ərini qətlə yetirib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Sahib Həsənov xalasının əri, 1974-cü il təvəllüdlü Nuriyev Tofiq Əlisafa oğlunu aralarında yaranan münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Həsənov polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az