Məktəbli bədbəxt hadisə nəticəsində öldü

8 Avqust 2013 09:42 (UTC+04:00)
Azərbaycanda məktəbli bədbəxt hadisə nəticəsində ölüb.

Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yeni Poylu kəndində qeydə alınıb. Rayonun Dağ Kəsəmənli kəndində yaşayan, 1997-ci il təvəllüdü 10-cu sinif şagirdi Süleyman Nəsib oğlu Nəsibov dəmir yolu xəttinin yaxınlığında elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az