Müsavatdan Milli Şuraya mesaj

8 Avqust 2013 09:46 (UTC+04:00)


"Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlərin verilməsi məsələsinə Milli Şuranın avqustun 12-nə təyin etdiyi sessiyadan sonra baxılacaq".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün ilkin zəruri sənədlər artıq hazırlanıb: "Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün isə partiya Divanının yekun qərarına ehtiyac var".

G. Aslanlı qeyd edib ki, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarətdir: "Birincisi namizədliyin təsdiq olunması, ikincisi isə imza vərəqələrinin alınmasıdır. İmza vərəqələrinin MSK-ya təqdim olunması üçün son tarix sentyabrın 9-dur. Yəni məntiqi olaraq sentyabrın 9-na qədər də imza vərəqələrini təqdim etmək olar. Amma nəzərə alsaq ki, onun təsdiqi üçün 5 gün vaxt lazımdır, sonra isə imza vərəqələrini götürüb, imza toplamaz vacibdir. Yəni problemlər yaranmaması, namizədliyin qeydə alınması üçün sənədlər avqustun 15-dək MSK-ya təqdim olunmalıdır. Bundan sonra da cavab avqustun 20-dək verilməlidir. Bütün bu mərhələlərdən sonra isə imza toplamaq üçün 18 gün vaxt qalır".

AzNews.az