Rəqsanə: “Təranəyə haqqımı halal etmirəm”

8 Avqust 2013 14:00 (UTC+04:00)
Müğənni Rəqsanə adının qalmaqallarda hallanmasında keçmiş prodüseri Təranəni günahlandırıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Atv maqazin" jurnalına müsahibəsində eks-prodüseri ilə bağlı açıqlamalar verib:

"Adımın qalmaqallarda, cinayət işlərində hallanmağının səbəbkarı eks-prodüserim Təranədir. Neçə-neçə insanı mənə qarşı yönəldib, yalan ifadələr verdirsə də niyyətinə çata bilmədi. O insanların ürəyinə rəhm gəldi, hər şeyin düzgününü etiraf etdilər. Hətta bu yaxınlarda eşitdim ki, mənə əziyyət verən insanlar indi də Təranənin gününü qara ediblər. Yenə də ürəyim dözmədi, Təranəyə kömək etmək istədim. O, isə qızımın adını hallandırıb, olmazın hərəkətlərin etdi. Unutmasın ki, onun da evində qız övladı böyüyür".

AzNews.az