Mirmahmud Mirəlioğlu qəzaya düşdü - Fotolar

8 Avqust 2013 13:18 (UTC+04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu avtomovil qəzasına düşüb. Modern.az-ın məlumatına görə, qəza bir neçə dəqiqə bundan öncə paytaxtın Atatürk prospektində baş verib.

Hadisə yerində olan əməkdaşımız bildirir ki, M.Mirəlioğlu idarə etdiyi 01 BB 057 dövlət nömrə nişanlı UAZ markalı avtomobili Gənclik metrosu istiqamətində hərəkətdə olan Nissan Sunny markalı minik maşınına vurub. Hadisə nəticəsinə KXCP sədrinin avtomobilinə ciddi ziyan dəyməsə də Nissan maşını xeyli əzilib. İlkin ehtimallara görə, qəzaya M.Mirəlioğlunun ehtiyatsızlığı səbəb olub.

Hadisə zamanı M.Mirəlioğluna və digər avtomobilin sürücüsü xəsarət almayıb. Qəzadan dərhal sonra əraziyə sığorta şirkətinin əməkdaşları çağırılıb.

AzNews.az