Millimiz FİFA-nın reytinqində irəlilədi

8 Avqust 2013 14:25 (UTC+04:00)
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Trend-in yaydığı xəbərə görə, Azərbaycan millisi iki pillə irəliləyərək 115-ci pilləyə qalxıb.

Türkiyə milli komandası reytinqdə bu dəfə bir pillə də geriləyərək 58-ci yerə düşüb.

Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya ötən aykı pilləsini qoruyaraq ikinci, Kolumbiya isə üçüncüdür.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan ölkələr də reytinq cədvəlində irəliləyib Portuqaliya 7-ci (0), Rusiya 16-cı (+1), İsrail 63-cü (+1), Şimali İrlandiya 109-cu (+2), Lüksemburq isə 140-cı (+1) yeri tutur.

AzNews.az