Doğum evində ana fəryadı - FOTO

8 Avqust 2013 14:40 (UTC+04:00)
Çindəki doğum evlərindən birinin həkimləri və tibb bacıları ilə bağlı istintaq başlanıb.


Şensi vilayətindəki Fupin şəhərindəki doğum evinin mamaçası yeni doğulmuş uşaqlardan birini 4600 min dollara satıb. Uşağın anasına "övladın öldü" deyən mamaça pulları bankdakı hesabına yatırıb.
Uşağı alan şəxsin isə orqan ticarəti ilə məşğul olan şəbəkənin üzvü olduğu güman edilir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, polis Donq Vanın satılmış oğlunu taparaq anasına qaytarıb.

31 yaşlı Van Donq ona öldüyü deyilən, əslində isə orqan tacirlərinə satılmış oğlunu palataya gətiriləndə hönkürərək ağlayıb.

Şensi polisindən verilən məlumata görə, ilin əvvəlindən bəri vilayətdə 7 belə cinayət aşkarlanıb.

Van Donun dediyinə görə, mamaça və həkimlər ona oğlunun öldüyünü deyiblər.

"Mən də ağladım, taleyimlə barışdım. Amma sonradan şübhələndim", - Van Donq deyib.

Doğum evinin həkimi Çjan Lin qadına oğlunun doğulandan sonra çox pis vəziyyətdə olduğunu, ölüm ayağında vurnuxduğunu və uşağın yaşamayacağını söyləmişdi.

Günlər sonra şübhələnmiş Van Donq əri Lya Qofendən polisə yollanmasını, başına gələnləri danışmasını istəyib.

Polis dərhal axtarışlara başlayıb və "ölü" uşaq yüzlərlə kilometr aralıda, Henan vilayətində tapılıb.

AzNews.az