“Qaraçılar gəlsə, intihar edəcəyəm“

8 Avqust 2013 16:00 (UTC+04:00)
Fransanın Şer departamentindəki Şavann kəndinin meri Pol Renoda bildirib ki, onun kəndində qaraçılar peyda olsalar, intihar edəcək.

Milli.Az European-a istinadən bildirir ki, mer Le Parisien-ə verdiyi açıqlamasında deyib: "Fransanın rifahı üçün özümü qurban verməyə hazıram".

200 sakini olan kəndin meri məramı barədə polisə və yerli RDB radiostansiyasına məlumat verib.

Polis dərhal merin evinə yollanaraq onu hospitala müayinəyə aparıb, evindəki ovçu tüfəngini müsadirə edib.

Renodanın açıqlamasına rəğmən, Şavanna onlarla qaraçı ailəsi gələrək yerli stadionda məskunlaşıblar.
Merin onlara icazə verdikləri deyilir.

Daha sonra sakinlərin narazılığı başlanıb və mer intiharı ilə bağlı bəyanat verib.

Qaraçılar gedəndən sonra o, sözlərindən imtina etmədiyini deyib.

Fransada 400 minə yaxın qaraçı yaşayır və onların 95 faizi ölkə vətəndaşlığına malikdir.

Ölkəni dolaşan qaraçılar furqonlarda yaşayırlar.
Qanunlara görə, yerli hakimiyyət dairələri onlara dayanacaq üçün yer ayırmalıdır.

AzNews.az