Ötən gün baş verən hadisələr - Statistika

8 Avqust 2013 17:45 (UTC+04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 60 cinayət faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Onların da 25-i "isti izlər"lə açılıb.

Ötən gün ərzində həmçinin, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

AzNews.az