Gürcüstan və Türkiyə strateji tərəfdaşlığı müzakirə edilib

15 Fevral 2024 21:53 (UTC+04:00)

Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Darçiaşvili sosial media hesabındakı paylaşımında bildirib.

"Biz görüş zamanı xüsusilə regionda davam edən geosiyasi hadisələr fonunda ölkələrimiz arasında strateji tərəfdaşlığın önəmini vurğuladıq",- Darçiaşvili qeyd edib.