Bakıda turistlərin ekskursiyasına icazə verilmədi - VİDEO

8 Avqust 2013 15:31 (UTC+04:00)
Sosial şəbəkələrdə polis əməkdaşlarının əcnəbi turistlərin ekskeursiyasına manne olmasını əks etdirən videogörüntülər yayılıb.

Musavat.com-un məlumatına görə, hadisə Tarix muzeyinin qarşısında baş verib. Polis maşını yaxınlaşır və bələdçiyə ekskursiyanı yarımçıq dayandırmağı tələb edir. Polis əməkdaşları bunu belə izah edirlər ki, küçədə ekskursiya qadağandır.

Xarici turistlərə bələdçilik edən Fuad Axundov Vesti.az-a hadisə ilə bağlı açıqlama verib. O deyib ki, qonaqlar beynəlxalq müəllif mahnıları festivalının iştirakçıları olublar. Fuad Axundov deyib ki, polis əməkdaşları ekskursiyanı dayandırmaq üçün beş dəqiqə vaxt veriblər. "Mən ana dilimizdə danışmağa çalışdım ki, turistlər dialoqumuzu başa düşməsinlər. Onlar MDB ölkələrindən gələn qonaqlar idilər və rus dilini bilirdilər".



AzNews.az